Əsas Səhifə > REGİON > Bu gün Yerevanda növbəti etiraz aksiyası keçiriləcək

Bu gün Yerevanda növbəti etiraz aksiyası keçiriləcək


19-01-2021, 09:31
 Ermənistanın ikinci prezidenti olmuş Robert Koçaryanın Azad edilməsi Komitəsinin üzvləri bu gün Yerevanda etiraz aksiyası keçirəcəklər.
Bu barədə Şəffaflıq.az Unikal.org-aistinadən xəbər verir.
"Bu vəziyyət kimin üçün qəbuledilməzdirsə, milli rüsvayçılığa qarşı etiraz aksiyasına dəvət edirik. Aksiya yanvarın 19-da saat 12:30-da Şenqavit məhkəməsinin binası qarşısında başlanacaq", - deyə Robert Koçaryanın Azad olunması Komitəsinin bəyanatında deyilir.
"Yanvarın 19-da guya Konstitusiya quruluşunun devirilməsi haqqında iş üzrə növbəti məhkəmə iclası olacaq. Cəfəngiyat davam edir. Dövlət maraqlarına xəyanət sərhəd tanımır", - bəyanatda qeyd edilir.

Şəffaflıq.az
Geri qayıt