Əsas Səhifə > Dünya > Putin Vahid Ələkbərovla görüşdü

Putin Vahid Ələkbərovla görüşdü


17-04-2019, 13:35
 Rusiya prezidenti Vladimir Putin “Lukoyl” prezidenti Vahid Ələkbərovu qəbul edib.
 TASS xəbər verir ki, görüş zamanı Ələkbərov şirkətin 2018-ci ildəki fəaliyyəti barədə məlumat verib:  
“Şirkətimizin neft hasilatına qoyulan sərmayəsi təxminən 500 milyard rubl təşkil edib. 32 ölkədə iş aparırıq. 2-2,5 min metr suyun altında qazma işləri aparırıq. Bu dərinlik Qərbi Afrikada, Xəzər dənizinin bəzi yerlərində 600 metrədək çatır. Bu cür dərinliklərin öhdəsindən gəlirik”.
Ələkbərov bildirib ki, bu il “Lukoyl” və “Qazprom” Nenets avtonom dairəsində Vaneyvissk və Layavojsk yataqlarının mənimsənilməsi üçün birgə müəssisə yaradacaq.
O həmçinin,2019-cu ildə Rusiyada neft və benzinin qiymətinin sabit qalacağına əminlik ifadə edib.
 “Lukoyl”un yalnız Avro-5 markalı benzin istehsal etdiyini söyləyən şirkət rəhbəri məhsullarının  demək olar ki ixrac olunmadığını vurğulayıb.(oxu.az)

Geri qayıt