Əsas Səhifə > Gündəm > Veteran adı ilə bağlı müraciət edən vətəndaşların - Nəzərinə
Veteran adı ilə bağlı müraciət edən vətəndaşların - Nəzərinə17-01-2021, 21:03 |
"Səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulunun keçirilməsi, onların müraciətlərinə vaxtında və obyektiv baxılmasının təmin edilməsi məqsədilə yaradılan komissiyaya veteran adı və yaxud müvafiq olaraq veteran kitabçasının verilməsi səlahiyyəti verilməyib". Şəffaflıq.az "Qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov bu gün keçirilən brifinqdə deyib. "Buna görə vətəndaşlarımızdan xahiş edirik ki, komissiyaya bu məsələ ilə əlaqədar müraciət etməsinlər", - deyə Eyvazov bildirib. Geri qayıt |