Əsas Səhifə > ELM VƏ TƏHSİL > Kamran Əsədov: “Universitetlərdə imtahanlarla bağlı ciddi narazılıqlar var”
Kamran Əsədov: “Universitetlərdə imtahanlarla bağlı ciddi narazılıqlar var”17-01-2021, 21:00 |
“Universitetlərin payız sessiya imtahanları ilə bağlı ciddi narazılıqlar var”. Bu sözləri təhsil eksperti Kamran Əsədov öz açıqlamasında bildirib. Ekspert qeyd edib ki, bir sıra universitetlər imtahanları beynəlxalq standartlara uyğun olmayan şəkildə aparır: “Bildiyiniz kimi, 2020-ci ilin mart ayından etibarən ölkədə pandemiya mövcuddur və bu səbəbdən bütün tələbələr, şagirdlər dərsləri onlayn qaydada alır. Əlbəttə, onlayn qaydada bir çox biliklərin verilməsi, bacarıqların artırılması mümkün deyil. Eyni zamanda orta məktəblərdə olduğu kimi, ali təhsil müəssisələrində təhsil alan tələbələrin böyük əksəriyyətinin internetə çıxış imkanları, avadanlıqlarının olması çox az səviyyədədir. Hətta biz bu barədə monitorinq apardıq. Apardığımız sorğuda 6 mindən çox tələbə iştirak etdi. Məlum oldu ki, tələbələrin 81 faizi telefon, 19 faizi isə kompüter ilə vasitəsilə onlayn dərslərə qoşulur. Bu o deməkdir ki, elektron resuslardan istifadə imkanları kifayət qədər məhdud və aşağı səviyyədədir”. Kamran Əsədov qeyd edib ki, ali təhsil müəssisələri imtahan sessiyasını müxtəlif formalarda keçirir ki, bu da tələbələr arasında çox böyük narahatlıq və narazılıqlara gətirib çıxarıb: “Beləliklə, sentyabrın 15-dən başlayan onlayn dərslər bəzi ali təhsil müəssislərində yanvarın 8-də, bəzilərində isə 15-də artıq başa çatıb. Amma bütün hallarda Təhsil Nazirliyinin payız imtahan sessiyası ilə qərarı var. Ən böyük narazılıqlardan biri tələbələrin imtahan giriş balları ilə bağlıdır. Bildiyiniz kimi, dərlsər distant keçirildiyi üçün heç də bütün tələbələrin hamsının imkanı yoxdur dərslərdə iştirak etsin. Amma kimlərsə sonradan elektron dərs materiallarını götürüb öyrənir və imtahanda suallara cavab vermək imkanına malik olurlar. Lakin çox təəssüf ki, ali təhsil müəssisələri imtahana giriş zamanı giriş ballarını formalaşdıranda orada davamiyyət, referant, sərbəst iş balını qeyd edirlər. Bu da ciddi narazılıqlar doğurur. Dərslərdə iştirak etməyən tələbələr bu ballardan məhrum olur. İkinci tərəfdən, həm pandemiya, həm də Vətən müharibəsi ərəfəsində internetə girişdə çox böyük məhdudiyyətlər var idi. Eyni zamanda təhsildə tətilin elan olunması, təhsildəki axsamalar nəticəsində bir çox mövzular tələblərə keçilmədi. Lakin indi məlum olur ki, universitetlərdə imtahanlara keçilməyən mövzular da salınıb. Halbuki keçilməyən mövzulara aid suallar birmənlaı şəkildə imtahana salınmamalıdır. Ümumiləşdirəndə ən çox ən çox narazılqılar Sumqayıt Dövlət Universitetindən oldu. Bu universitetdə imtahanlarda iştirak edənlərin böyük əksəriyyəti qeyri-kafi qiymət alıb. Hətta bir qrupda 27 nəfərdən 25 nəfəri imtahandan kəsilib. Bundan əvvəl imtahana qədər Bakı Avrasiya Universiteti və Bakı Qızlar Universitetinin tələbələri imtahana girş balı ilə bağlı narazılıqlar etsələr də, sonradan müşahidə etdik ki, imtahanın ilk günündə hələ ki problem yaşanmır, tələbələrə güzəşt edilir. Əsas məsələ odur ki, bizim tələblərin semestr qiymətləndirilməsi beynəlxalq qaydalar çərçivəsinə aparılmayıb. Təcrübələr göstərir ki, xüsusən 2-3-4-cü kurslarda təhsil alan tələbələr bu günə qədər imtahanları yazılı qaydada 3 saat müddətində təhvil verdikləri halda, indi 10 dəqiqə ərzində şifahi cavab vermək tələb olunur ki, bu da ciddi narazılqılar yaradır”. Şəffaflıq.az Geri qayıt |