Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Yanvarın 18-nə olan hava proqnozu

Yanvarın 18-nə olan hava proqnozu


17-01-2021, 16:29

 

Yanvarın 18-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.


Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 4-7, gündüz 8-10, Bakıda gecə 4-6, gündüz 8-10 dərəcə isti olacaq. Atmosfer təzyiqi 752 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80 faiz, gündüz 55-60 faiz olacaq.

Yanvarın 18-də Azərbaycanın rayonlarında arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-4 dərəcə isti, gündüz 8-12 dərəcə isti, dağlarda gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 3-6 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Yanvarın 18-də Bakıda və Abşeron yarımadasında gün ərzində atmosfer təzyiqinin yüksəlməsi fonunda xəzri küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.


Şəffaflıq.az
Geri qayıt