Əsas Səhifə > Gündəm / Dünya > Nyu-Yorkda vaksin çatışmazlığı yaranıb

Nyu-Yorkda vaksin çatışmazlığı yaranıb


17-01-2021, 11:20

 

ABŞ-ın uzun müddət koronavirus pandemiyasının episenteri olan və 40 mindən çox insanın virusdan vəfat etdiyi Nyu-York ştatında vaksin çatışmazlığı yaranıb.


Şəffaflıq.az xarici mediaya istinadən xəbər verir ki, ştatın qubernatoru Endrü Komo bu günə qədər Nyu-Yorka göndərilən peyvəndlərin 74%-nin paylanıldığını, ancaq federal hökumətin kifayət qədər vaksin göndərə bilməməsi səbəbindən peyvəndləmə prosesinin dayanacağını deyib.

Komo vaksin çatışmazlığının səbəbkarının Donald Tramp administrasiyası olduğunu iddia edib. O, bildirib ki, federal hökumətdən daha çox vaksin tələb edilməsinə baxmayaraq, Nyu-Yorka bir həftə ərzində göndərilən vaksin sayı 300 min dozadan, 250 min dozaya endirilib.

Gündə azı 7 min insanın peyvənd olunduğu Nyu-York ştatında yaradılan peyvənd mərkəzinin də, yeni həftədən etibarən vaksinasiya prosesini dayandırmağa məcbur olduğu barədə məlumat yayılıb.

Qeyd edək ki, ABŞ-ın 50 ştatında artıq bir aydır ki, kütləvi vaksinasiya prosesi həyata keçirilir. Birləşmiş Ştatlar Böyük Britaniya və Kanadadan sonra “Pfizer” və “BioNTech” kampaniyalarının birgə hazırladıqları preparatın kütləvi vaksinasiyasına icazə verən üçüncü ölkədir. Hər bir ştatda, kimlərin növbəli şəkildə peyvəndlənəcəyi barədə qərarı isə qubernatorlar verirlər.

Geri qayıt