Əsas Səhifə > Dünya / Mədəniyyət > Misirdə Qədim padşahlıq dövrünə aid edilən məbəd aşkarlanıb
Misirdə Qədim padşahlıq dövrünə aid edilən məbəd aşkarlanıb17-01-2021, 08:59 |
Misirin paytaxtı Qahirədən 30 kilometr cənubda arxeoloqlar Qədim padşahlıq dövrünə aid edilən qədim məbəd aşkarlayıblar. Şəffaflıq.az “Vesti”-yə istinadən xəbər verir ki, məbəd 4,5 min il əvvələ aid edilir. Arxeoloqlar bildirir ki, məbəd Miladdan əvvəl 2347-2337-ci illərdə hökmranlıq etmiş Qədim padşahlığın VI sülaləsinin fironlarından birincisi olan Tetinin həyat yoldaşınındır. Qeyd olunur ki, məbəddə 50 taxta tabutun qoyulduğu 10-12 metr dərinlikdə 52 quyu aşkar edilib. Arxeoloqlar quyularda o dövrdə qədim misirlilərin ibadət etdikləri çox sayda artefaktlar və heykəllər də tapıblar. Geri qayıt |