Əsas Səhifə > İdman / Dünya > Belarus dünya çempionatından məhrum olunur
Belarus dünya çempionatından məhrum olunur17-01-2021, 08:55 |
Belarus xokkey üzrə dünya çempionatının təşkilatçılıq hüququndan məhrum ediləcək. Şəffaflıq.az "Watson" nəşrinə istinadən xəbər verir ki, müvafiq qərar yanvarın 18-də elan olunacaq. Hazırda yalnız hüquqi məsələlərin, o cümlədən, sığorta ödənişinin həlli qalıb. Digər variantlar qismində Danimarka və Slovakiya nəzərdən keçirilir. Bütün oyunların Latviyada təşkil ediləcəyi də istisna olunmur. Daha əvvəl "Skoda" və "Nivea" şirkətləri Belarusda keçiriləcəyi halda, yarışa sponsor olmaqdan imtina edəcəklərini açıqlayıblar. Qeyd edək ki, dünya çempionatının 21 may - 6 iyunda Minsk (Belarus) və Riqada (Latviya) keçirilməsi planlaşdırılır. Geri qayıt |