Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Ölkəmizdə geyim əşyalarına tələbat azalıb

Ölkəmizdə geyim əşyalarına tələbat azalıb


16-01-2021, 21:40

 

Azərbaycan geyim əşyaları və geyim üçün ləvazimatların alışını azaldıb.

Şəffaflıq.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, 2020-ci ildə geyim əşyaları və geyim üçün ləvazimatlarının həcmi ümumi idxalın 1,9 faizini təşkil edib və Azərbaycanın ən çox idxal etdiyi səkkizinci məhsul növü olub.

Ötən il ölkəmiz xaricdən 206,3 milyon dollar dəyərində geyim əşyaları və geyim üçün ləvazimatları idxal edib. Bu, 2019-cu illə müqayisədə 70,4 milyon dollar və ya 25,4 faiz azdır.

Qeyd edək ki, Azərbaycan 2019-cu ildə 276,7 milyon dollar dəyərində geyim əşyaları və geyim üçün ləvazimatlar idxal edib.

Geri qayıt