Əsas Səhifə > Hadisə / Dünya > İranda 5,5 maqnitudalı zəlzələ olub
İranda 5,5 maqnitudalı zəlzələ olub16-01-2021, 08:36 |
İranın cənubunda 5,5 bal gücündə zəlzələ baş verib. Şəffaflıq.az xəbər verir ki, bu barədə İran Seysmologiya Mərkəzi məlumat yayıb. Seysmoloqların verdiyi məlumata görə, yeraltı təkanları Bakı vaxtı ilə saat 01:31-də qeydə alınıb. Onun ocağı 19 kilometr dərinlikdə, episentri isə Hormozqan vilayətində yerləşib. Eyni zamanda, ABŞ-ın Geoloji Araşdırmalar Xİdməti və Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi zəlzələnin ocağının 8-10 kilometr dərinlikdə olduğunu qeyd edib. Zəlzələ nəticəsində dağıntılar və tələfat barədə məlumat verilmir. Geri qayıt |