Əsas Səhifə > Maraqlı > Günün qoroskopu: 16 aprel
Günün qoroskopu: 16 aprel16-04-2019, 00:14 |
ŞƏFFAFLIQ.AZ dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edirQoç - Günün ilk yarısında üzləşdiyiniz problemin həllində bütün mümkün vasitələrdən istifadə edin. Rəqiblər sizin zəifliyinizi gözləyir, yeni məkrli plan qururlar. Mümkün qədər diqqətli olun. Hüquqi məsələlərin çözülməsində maraqlarınızın tam təminatına çalışın. Günün ikinci yarısında işgüzar danışıqlarda uzunmüddətli perspektivləri nəzərə alın. Yeni layihənin startını bir müddətə təxirə salın. Ailədəki vəziyyət gərginləşə bilər. Heç bir səbəb olmadan iradlar eşidəcəksiniz. Axşam saatlarında romantik tanışlığa can atmayın. Buğa - Maliyyə məsələlərini tələsik həll etməyin. Tərəfdaş və şəriklərlə qarşılıqlı münasibətlərdə diqqətli olun, maraqların təsirini unutmayın. Xoşagəlməz situasiya, pul itkiləri və yalan istisna deyil. Qohumlar və yaxınlarla bəzi məsələləri müzakirə etmək olar. Yaxşı bələd olmadığınız adamlarla müzakirələri minimuma endirin. Ailə üzvlərinizin maraqlarını ani, müvəqqəti mənafelərinizdən üstün tutun. Qayğıkeş olsanız, ailənizdəki ortam daha da yaxşı olar. Əkizlər - Ünsiyyətdə rahatlıq olacaq. Danışıqlar və müzakirələr üçün əlverişli zamandır. Situasiyadan yararlanın. Dəvət aldığınız tədbirlərə qatılmaqdan boyun qaçırmayın. Aktiv olun, başqalarının əldən verdikləri şanslardan siz yararlanın. Günün ikinci yarısında maraqlı tanışlıq olacaq. Müzakirə və danışıqlar uğur vəd edir. Yaxınlarınızın qayğısına qalın, onların maraqlarını düşünün. Axşam saatlarında romantik görüş istisna deyil. İntellektinizi nümayiş etdirin. Xərçəng - Tələskənliyin, vurnuxmanın çox olduğu bir gündür. İşlər həddən artıq çoxdur. Aktiv təmasda olun, məktublara və mesajlara cavab verin. Prioritetləri dürüst müəyyənləşdirin. Əks təqdirdə sinirlənərək itkilərə yol verə bilərsiniz. Günün ikinci yarısında iş və yaşam yerinin dəyişdirilməsi ilə bağlı fikirləri nəzərdən keçirin. Emosiyalarınıza nəzarət edin. Stresdən qurtulmaq üçün sakit yer arayın. Axşam saatlarında səhhətinizin qeydinə qalın. Şir - Adi, yeknəsək, rutin iş sizi darıxdırmasın. Belə məsələlərə başdansovdu yanaşsanız, sonradan ağır fəsadlara səbəb olacaq prosesə təkan verəcəksiniz. Yaradıcı fəaliyyətlə məşğulsunuzsa, ideyalarından bəhrələnmə zamanıdır. Əməyinizin nəticəsini görəcəksiniz. Gəlir mənbələrinin artımı istisna deyil. Romantik macəralar aramayın. Yeni tanışlıqlar uzunmüddətli perspektivlərə malik deyil. Ailə üzvləri və xüsusilə də uşaqlarla təmaslar sizdə xoş əhval-ruhiyyə yaradacaq. Axşam saatlarını sevdiyiniz insana həsr edin. Qız - Günün ilk yarısından etibarən planlarınızı həyata keçirməyə başlayın. Kiçik gecikmələr və təxirəsalmaların öhdəsindən gələ bilərsiniz. Yaşam potensialınızın səviyyəsi yüksəkdir. Qətiyyətli, iradəli olun. Fiziki əmək, ağır iş olarsa, çəkinməyin. Ruhdan düşməyin, bədbinliyə qapılmayın. Günün ikinci yarısında yaşam arealında rekonstruksiya işlərinə başlamaq olar. Yaxınlarınızla, xüsusilə də yaşlı qohumlarla ünsiyyətdə huşyar olun. Kobudluq etməyin. Axşam saatlarında köhnə dostlarla bir araya gəlmək olar. Səhhətinizə fikir verin. Rasionunuz sağlam olmalıdır. Tərəzi - Günün ilk yarısında işlərdə uğurlar olacaq. Ünsiyyətdə aktiv olsanız, kollektivdəki mövqeləriniz daha güclü və səbatlı olacaq. Karyera inkişafı, gəlirlərin artımı istisna deyil. Şayiələrə qatılmayın, boş söhbətlərin iştirakçısı olmayın. Günün ikinci yarısında yaxınlarınız və dostlarla təmaslarda harmoniyaya nail olun. Axşam saatlarında sakitliyə, rəvan duruma ehtiyacınız var.Əyləncəyə vaxt ayırmaq olar. Geri qayıt |