Əsas Səhifə > RƏSMİ XƏBƏR > Milli Məclisin yaz sessiyasının ilk komitə iclası keçirilib
Milli Məclisin yaz sessiyasının ilk komitə iclası keçirilib15-01-2021, 15:20 |
Bu gün Milli Məclisin yaz sessiyası çərçivəsində Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin ilk iclası keçirilib.Şəffaflıq.az xəbər verir ki, komitə iclasının gündəliyinə 5 məsələ daxil edilib. Gündəliyə daxil edilən məsələlər aşağıdakılardır: - “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Konstitusiya qanununun layihəsi haqqında (birinci oxunuş) - “Notariat haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanun layihəsi (birinci oxunuş). - “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikası ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”nda dəyişiklik edilməsi haqqında” qanun layihəsi (birinci oxunuş). - “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” qanun layihəsi (birinci oxunuş). - “Müəlliflik hüququ və əlaqəli hüquqları haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanun layihəsi (birinci oxunuş). Bütün məsələlər Milli Məclisin plenar iclasına tövsiyə olunub. Geri qayıt |