Əsas Səhifə > Gündəm / Dünya > Norveçdə “Pfizer” peyvəndi vurulan 23 nəfər vəfat edib
Norveçdə “Pfizer” peyvəndi vurulan 23 nəfər vəfat edib15-01-2021, 08:35 |
Norveçli mütəxəssislər COVID-19 əleyhinə “Pfizer” peyvəndi vurulduqdan sonra 23 nəfərin ölüm səbəblərini araşdırırlar. Şəffaflıq.az xəbər verir ki, bu barədə həmin ölkənin Dərman Vasitələri Agentliyi məlumat yayıb. “Vaksinasiya nəticəsində 23 ölüm halı müəyyən olunub. Hazırda onlardan 13-ü araşdırılıb. Peyvəndin əks təsirləri yaşlı insanlarda olan digər xroniki xəstəliklərin kəskinləşməsinə səbəb ola bilər”, - deyə məlumatda bildirilir. Qeyd edək ki, Norveçdə vaksinasiya dekabrın 27-dən etibarən başlayıb. İlk olaraq Oslodakı qocalar evlərinin sakinləri peyvənd olunub. Hazırda vaksinasiyadan keçənlərin sayı 25 min nəfərdir. Bütün ölüm halları 80 yaşından yuxarı şəxslər arasında qeydə alınıb. Geri qayıt |