Əsas Səhifə > Gündəm / Dünya > ABŞ-da son zamanlar müşahidə edilən COVID-19 fəlakəti
ABŞ-da son zamanlar müşahidə edilən COVID-19 fəlakəti15-01-2021, 08:23 |
Son zamanlar ABŞ-da koronavirusdan ən yüksək gündəlik ölüm sayı müşahidə edilir. Cons Hopkins universitetinin Koronavirus Tədqiqat Mərkəzinin yayımladığı hesabata görə, 12 yanvar 2020-ci ildə ABŞ-da bir gündə COVID-19-dan ölənlərin sayı ilk dəfə 4327-yə çatıb. Hesabatda qeyd edilir ki, keçən həftə ABŞ-da virus səbəbi ilə həyatını itirənlərin gündəlik sayı təqribən 3 300 civarında olub. ABŞ xəstəxanalarının reanimasiya şöbələrində və yatacaqlarda ehtiyac ən yüksək həddə çatıb. Xəstəxanada müalicə alan koronavirus xəstələrinin sayı 131 300 nəfəri keçib. Ölkədə iki milyondan çox uşağın koronavirus testi pozitiv çıxıb. Şəffaflıq.az Geri qayıt |