Əsas Səhifə > Gündəm > Vətən müharibəsində itkin düşmüş zabitimizin şəhid olduğu müəyyənləşib
Vətən müharibəsində itkin düşmüş zabitimizin şəhid olduğu müəyyənləşib15-01-2021, 08:20 |
Vətən müharibəsində itkin düşmüş 28 yaşlı baş leytenant Abdullazadə Həsənağa Şakir oğlunun şəhid olduğu məlum olub. Şəffaflıq.az "Report"-a istinadən xəbər verir ki, Həsənağa Abdullazadə 3 ay idi ki, itkin hesab edilirdi. Onun bu gün şəhid olduğu müəyyənləşib. Şəhid II Fəxri Xiyabanda torpağa tapşırılıb. Həsənağa Abdullazadə 1993-ci ildə Lənkəran şəhərində doğulub. Ailəli idi. Ailəsi onunla sonuncu dəfə oktyabrın 1-də danışıb. O, Vətən müharibəsində itkin düşən 64 hərbçidən biri idi. Allah rəhmət eləsin! Geri qayıt |