Əsas Səhifə > SOSİAL MÜDAFİƏ > "Ölən şəxsin pensiya kapitalını ailəsi ala bilər"

"Ölən şəxsin pensiya kapitalını ailəsi ala bilər"


14-01-2021, 13:42

 

Pensiya yaşına çatmaq hər insana nəsib olmur. Azərbaycanda pensiyaya çıxıb , huzurlu bir qocalıq barədə xəyallar quran çox az insan var. Çünki vətəndaşın yaşlanarkən alacağı pensiya onun səyahət etməsi, kurortlara getməsi, dincəlməsi kimi təbii haqlarına imkan vermir. Azərbaycanlı pensioner aldığı cüzi pensiya ilə yalnız ac qalmamaq, ucuz dərmanlar almaq imkanına malik olur. Əksər hallarda bizim qocalarımız övladlarından asılı vəziyyətə düşürlər. Bəs illər boyu çalışıb çabalayıb pensiya yaşına çatmayanların fonda yığılan vəsaitləri necə olur? Ailəsinə bu kapitaldan pay düşürmü?


Bizimyol.info-ya daxil olan vətəndaş məktubu hazırki dövrdə aktual məsələ olduğundan həmin yazını olduğu kimi paylaşırıq.

Ərizəçi Hüseynova Rəbiyə bidirir ki, həyat yoldaşı uzun illər əmək müqaviləsi ilə bir şirkətdə çalışıb. 60 yaşında vəfat edib. 35 il çalışıb. İndi ailənin yəni, Rəbiyə xanımın və mərhum Vahid Hüseynovun 2 oğlunun heç bir işi, gəliri yoxdur. Ailəni düşündürən sual budur. Ölən şəxsin pensiya kapitalını ailəsi ala və ya bu kapitalda istifadə edə bilərlərmi?

Bu insan illərlə Sosial Müdafiə Fonduna vəsait ödəyib. Avropa və elə qardaş Türkiyənin təcrübəsində bu var. Ailə başçısı vəfat edərkən onun pensiya kapitalı ailəsinə çatır. Bizdə vəziyyət bir qədər fərqlidir. DSMF əməkdaşı Eyvaz İsmayılovun Bizimyol.info-ya verdiyi məlumata görə, ailə müavinət ala bilər.

“Qanuna görə vəfat edn şəxsin pensiya kapitalını onun övladlar, həyat yoldaşı və valideynləri müəyyən olunan müavinət kimi istifadə edə bilərlər. Amma müəyyən şərtlər var.

Vəfat edən şəxsin 18 yaşına qədər övladı varsa yaxud 23 yaşına qədər övladı var və o əyani təhsil alırsa, həyat yoldaşı işləmisə, ata-anasının əmək qabiliyyəti yoxdursa ödəmiş olduğu sığorta haqqına görə müavinət almaq olar. Vəfat edən şəxsin pensiya kapitalı var və ailə üzvü yoxdursa, həmin kapital fondun gəlirlərinə daxil olur. Vəsait bacı qardaşa verilmir”.

Xaricdə ölən şəxslrin pensiya kapitalı birdəfəlik şəkildə ailəsinə ödənilir. Bizdə vətəndaşlar pensiya kapitalının ailəyə verilməsi müraciəti etsələr də, hələlik bu müzakirə mövzusu deyil. Xarici təcrübədən yaralanmaq yaxşı olardı. Azərbaycanda pensiya almaq üçün ya 25 il iş stajı, ya da 28 min 800 manat minimu pensiya kapitalı olmalıdır.

Ötən ildən "Əmək pensiyaları haqqında” Qanuna edilən dəyişiklilərə görə, 2006-cı ilin əvvəlindən, yəni fərdi uçot sistemi tətbiq olunandan sonra 2018-ci il iyulun 1-dək fərdi hesabında toplanan məbləğdən asılı olmayaraq pensiya kapitalı qeydə alınıbsa, 2006-cı ilədək 25 il sosial sığorta stajı hesablanır. Yəni əgər vətəndaşın ötən ilin ikinci yarısınadək fərdi hesabında hər hansı bir vəsait olubsa o 25 illik pensiya stajı ilə pensiyaya çıxır. Bu yaxşıdır, amma heç də bütün yaşlı insanlarımızın pensiya almasına imkan vermir. Nədən Azərbaycan vətəndaşları seçim imkanlarından məhrum olur? Qonşu ölkələrə Türkiyədə, Rusiyada, Gürcüstanda, Ukraynada müxtəlif fondlar dövlətdən lisenziya alır və dövlətin nəzarət altında fəaliyyət göstərir. Dövlət tərəfindən onlara zəmanət verilir ki, onlar müflisləşməyəcək. Əgər müflisləşərlərsə də, dövlət bunun kompensasiyasını ödəyəcək. Həmin fondlar da beynləxalq sığorta şirkətləri tərəfindən öz vəsaitlərini sığortalayırlar ki, müflisləşmə olsa, insanlar pis duruma düşməsinlə Xarici təcrübəyə əsasən vətəndaşlar həm dövlətdən, həm də özəl şirkətlərdə topladıqları vəsaitdən pensiya almaq imkanına malikdirlər.

Xatırladaq ki, 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat, ehtiyac meyarı isə 160 manat məbləğində müəyyən edilib.

Yaşayış minimumunun bu qədər aşağı olduğunu nəzərə alsaq pensiya kapitalının mərhum şəxsin ailə üzvlərinə bir dəfəlik qaydada və ya müavinət şəklində verilməsi məsələsinə baxılması da yaxşı olardı.


Şəffaflıq.az 
Geri qayıt