Əsas Səhifə > SOSİAL MÜDAFİƏ / Cəmiyyət > Mərkəzi Bank kredit təşkilatları ilə bağlı qərara dəyişiklik etdi
Mərkəzi Bank kredit təşkilatları ilə bağlı qərara dəyişiklik etdi14-01-2021, 11:35 |
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2020-ci il 24 aprel tarixli qərarı ilə təsdiq edilmiş “COVID-19 pandemiyası şəraitində kredit təşkilatlarının fəaliyyətinin müvəqqəti tənzimlənməsi Qaydası”a dəyişikliklər edilib. Şəffaflıq.az bildirir ki, bu qərar 11 yanvar tarixindən Dövlət Reyestrinə daxil edilib, 12 yanvar 2021-ci il tarixindən qüvvəyə minib. Belə ki, 3.2-ci bənd istisna olmaqla mətn üzrə “1 yanvar 2021-ci il” sözləri “1 aprel 2021-ci il” əvəz edilib. Eləcə də, 5-ci hissədə “2020-ci il üzrə isə aralıq dividend ödənişləri həyata keçirilməməlidir” sözləri çıxarılıb. Kapitalın adekvatlıq əmsalı və onun hesablanması: - Sistem əhəmiyyətli banklar üzrə məcmu kapitalın adekvatlıq əmsalı 1 aprel 2021-ci il tarixinədək 11 (on bir) faizdən az ola bilməz. - Sistem əhəmiyyətli banklar istisna olmaqla, digər banklar üzrə məcmu kapitalın adekvatlıq əmsalı 1 aprel 2021-ci il tarixinədək 9 (doqquz) faizdən az ola bilməz. - 1 aprel 2021-ci il tarixinədək kontr-tsiklik kapital buferi 0 (sıfır) faiz müəyyən edilir. - I dərəcəli kapitalın və məcmu kapitalın adekvatlıq əmsallarının hesablanması zamanı bazar və əməliyyat riskləri bu qayda qüvvəyə mindiyi gündən 1 aprel 2021-ci il tarixinədək nəzərə alınmır. Geri qayıt |