Əsas Səhifə > Gündəm / Dünya > Çində səkkiz aydan sonra ilk dəfə COVID-19-dan ölüm qeydə alınıb
Çində səkkiz aydan sonra ilk dəfə COVID-19-dan ölüm qeydə alınıb14-01-2021, 11:33 |
Çin rəsmiləri yanvarın 13-də bir nəfərin yeni növ koronavirusa (COVID-19) yoluxma nəticəsində öldüyünü açıqlayıb.Şəffaflıq.az TASS-a istinadən xəbər verir ki, bu barədə Çinin Dövlət Gigiyena və Sağlamlıq Komitəsinin saytında yayımlanan məlumatda deyilir. “Ötən gün ərzində koronavirusa 138 yeni yoluxma hadisəsi qeydə alınıb, bir nəfər isə bu xəstəlikdən ölüb”, - deyə mətndə qeyd olunub. Qurumun statistikasına görə, Çində 16 may 2020-ci ildən bəri koronavirusdan ölüm faktına rast gəlinməyib. Yerli KİV bildirir ki, ölüm faktı Hebey əyalətində qeydə alınıb. Son bir gündə aşkar edilmiş 138 yeni yoluxma halının 14-ü ölkəyə kənardan gələnlərdə aşkar edilib. Pandemiyanın başlanğıcından bəri çinli həkimlər xaricdən gələnlər arasında 4465 yoluxma halı aşkar ediblər ki, bunların da 4181-i artıq sağalıb və evə buraxılıb. 284 nəfər hazırda müalicə olunur, onlardan üçünün vəziyyəti ağırdır. Son məlumatlara görə, materik Çində koronavirusun səbəb olduğu xəstəliyin təsdiqlənmiş ümumi sayı 87 844-ə çatıb, 4635 nəfər bu virusdan ölüb, 82 324 xəstə isə sağalıb. Hazırda ölkədə 885 aktiv koronavirus daşıyıcısı var, onlardan 24-ü ağır vəziyyətdədir. Geri qayıt |