Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Azərbaycanda informasiyanın məzmununa dair tələblər müəyyən ediləcək

Azərbaycanda informasiyanın məzmununa dair tələblər müəyyən ediləcək


14-01-2021, 11:19

 

“Media subyektinin, jurnalistin hüquqları olduğu kimi, informasiyanı əldə edənlərin də hüquqları vardır. Agentliyin fəaliyyətinin əsas istiqamətlərindən biri də qarşı tərəfin hüquqlarının bərpa olunmasıdır”.

Şəffaflıq.az xəbər verir ki, bunu yeni yaradılan Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov deyib.

“Bununla bağlı sözsüz ki, müvafiq qanunvericiliklərdə müddəalar var. Ancaq onları da təkmilləşdirilmiş və sistemləşdirilmiş formada yeni bir layihədə nəzərdə tutmaq mümkündür. Sırf qanun şəklində informasiyanın məzmununa dair tələbləri hazırlayıb təqdim etməliyik. Hesab edirəm ki, informasiyaya dair tələblər müəyyən olunduqdan sonra isə informasiya məkanında obyektiv məlumatların çox olduğuna nail ola biləcəyik”, - o bildirib.

Geri qayıt