Əsas Səhifə > SOSİAL MÜDAFİƏ > DAXİLİ İŞLƏR NAZİRLİYİ MƏTBUAT XİDMƏTİNDƏN
DAXİLİ İŞLƏR NAZİRLİYİ MƏTBUAT XİDMƏTİNDƏN15-04-2019, 12:36 |
Sosial şəbəkələrdə bir nəfərin narkotikdən istifadənin açıq təbliğinə həsr etdiyi repin videogörüntüsü yayılmışdır. Məsələ ictimai rezonans doğurduğundan polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir. Nəticədə narkotiki təbliğ edənin Sumqayıt şəhər sakini, “Ruzigar” ləqəbli reper Aydın Hüseynov olması müəyyən edilmiş və o, Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Onun üzərində aparılmış şəxsi axtarış zamanı 1,21 qram marixuana aşkar edilmişdir. A.Hüseynov etiraf etmişdir ki, narkotik istifadəçisidir. Faktla əlaqədar toplanmış materiallar hüquqi qiymət verilməsi üçün şəhər məhkəməsinə göndərilmişdir. O, Məhkəmənin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 206-cı (Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) maddəsi ilə 30 sutka müddətində inzibati qaydada həbs edilmişdir. Geri qayıt |