Əsas Səhifə > İqtisadiyyat > Azərbaycan iqtisadiyyatı ötən il 4,3% kiçilib

Azərbaycan iqtisadiyyatı ötən il 4,3% kiçilib


13-01-2021, 13:09

 

2020-ci ildə Azərbaycanda 72 432,2 milyon manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal edilib.

Şəffaflıq.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2019-cu illə müqayisədə 4,3% azdır.

Son 1 ildə ölkədə adambaşına düşən ÜDM-in dəyəri isə 5% azalaraq 7 262,8 manat olub.

Hesabat dövründə ÜDM-in 50 792,5 milyon manatlıq hissəsi qeyri-neft-qaz sektorunun payına düşüb. Bu, illik müqayisədə 2,6% azdır.

Geri qayıt