Əsas Səhifə > Dünya > Sandu ilk rəsmi səfərini Ukraynaya etdi
Sandu ilk rəsmi səfərini Ukraynaya etdi12-01-2021, 23:38 |
Moldovanın yeni seçilmiş Prezidenti Maya Sandu ilk rəsmi səfərini Ukraynaya edib. Şəffaflıq.az Moldova mətbuatına istinadən xəbər verir ki, Ukraynaya təyyarə ilə deyil, avtomobil korteji ilə səfər edən Sandu səfər çərçivəsində Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşüb. Bundan əlavə onun Baş nazir Denis Şmiqal və Ukrayna parlamentinin sədri Dmitri Razumkov ilə görüşü gözlənilir. Səfər çərçivəsində iki ölkə arasında bir neçə razılaşmanın imzalanması planlaşdırılır. Geri qayıt |