Əsas Səhifə > Gündəm / Dünya > ABŞ FTB-sindən məlumat sızdı: “Silahlı etirazlar gözlənilir”

ABŞ FTB-sindən məlumat sızdı: “Silahlı etirazlar gözlənilir”


12-01-2021, 14:23

 

ABŞ-ın yeni seçilmiş prezidenti Co Baydenin andiçmə mərasimi ərəfəsində ölkənin 50 ştatında konqres binalarında genişmiqyaslı, silahlı etirazlar gözlənilir.

Şəffaflıq.az “ABC News”-a istinadən xəbər verir ki, ölkənin Federal Təhlükəsizlik Bürosundan (FTB) bu barədə məlumat mətbuata sızıb.

“16-20 yanvar tarixlərində 50 ştatın mərkəzində konqres binasında silahlı etirazlar planlaşdırılır. Vaşinqtondakı ABŞ Konqresində də silahlı etirazlar olacaq”, deyə FTB-nin məlumatında bildirilir.

Geri qayıt