Əsas Səhifə > Maraqlı > Həbs edilən icra başçısının oğlu bu rayona müstəntiq təyin edildiyi deyilir

Həbs edilən icra başçısının oğlu bu rayona müstəntiq təyin edildiyi deyilir


11-01-2021, 21:10

 

İmişli Rayon İcra Hakimiyyətinin sabiq icra başçısı Vilyam Hacıyevin oğlu yenidən prokurorluq orqanlarında fəaliyyətə başlayıb.


Şəffaflıq.az Unikal.org-a istinadən məlumat verir ki, Baş prokuror Kamran Əliyevin müvafiq əmri ilə, Məhəmməd Vilyam oğlu Hacıyev Qubadlı rayon prokurorluğunun müstəntiqitəyin edilib.

Qeyd edək ki, mayın 5-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları İmişli Rayon İcra Hakimiyyətinin binasında əməliyyat keçirib və V.Hacıyev həbs edilib. M.Hacıyev atası həbs ediləndən sonra Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin prokuroru vəzifəsindən azad olunmuşdu.

Geri qayıt