İranda ötən sutka ərzində 71 nəfər koronavirusdan (COVID-19) ölüb.
Şəffaflıq.az xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.
S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 56171 nəfərə yüksəlib.
Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 5968 nəfər koronavirisa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 1286406 nəfərə çatıb.
Virus daşıyıcılarından 4664 nəfərin vəziyyəti ağırdır.
İranda indiyədək 1074887 nəfər koronavirusdan sağalıb.