Əsas Səhifə > SİYASƏT / Dünya > Avropa İttifaqı Quaydonu da xərclədi - Daha Venesuela prezidenti kimi tanımır
Avropa İttifaqı Quaydonu da xərclədi - Daha Venesuela prezidenti kimi tanımır10-01-2021, 17:48 |
Avropa İttifaqı (Aİ) daha Xuan Quaydonu «Venesuelanın müvəqqəti prezidenti» kimi tanıya bilməz. Çünki dekabr seçkilərindən sonra o, Venesuela parlameninin başçısı postunu itirib. Şəffaflıq.az «Euronew»-a istinadən xəbər verir ki, bununla bağlı Aİ xarici işlər üzrə ali nümayəndəsi Jozep Borell Quaydonu dövlət başçısı yox, «müxalifətin görkəmli nümayndəsi» adlandırıb. Rəsmi Brüsselin mövqeyinin dəyişməsini Avropa komisiyasının sədri Piter Stano təsdiqləyib. O, xəbər verib ki, belə qərar yekdilliklə qəbul olunub. «Bu mətn razılaşdırılıb və Avropa İttifaqının bütün 27 ölkəsi tərəfindən qəbul olunub. Mətn Aİ-nın mövqeyini əks etdirir. Mövqe ondan ibarətdir ki, biz, Xuan Quaydonu və sonuncu demokratik seçilmiş institut üzvlərini xüsusi əhəmiyyətli həmsöhbət hesab edirik. Biz, onlarla işləməkdə davam edəcəyik» - Stano bəyan edib. Aİ-nın 27 hökumətinin bəyanatı Brüsseldə əldə olunmuş razılaşmanın nəticəsidir. Razılaşma ondan ibarətdir ki, özünü müvəqqəti prezident elan etmiş Quaydo bundan sona institusional statusa malik deyil. Bu, ondan sonra baş verib ki, qanuni seçilmiş Venesuela dövlət başçısı Nikolas Maduronun Vahid Sosialist Partiyası Venesuela Milli Məclisini öz nəzarəti altına alıb. Avropa İttifaqının «Quaydodan üz döndərməsi» faktı Avropa demokratları arsında hiddət doğurub. Onların fikrini Çexiya liberalı Dita Çaranazova ifadə edib. O, Aİ rəhbərliyindən izahat tələb edib. «Mən bilmirəm, nə üçün cənab Borell belə bəyanat verib. Mənim üçün tam aydındır ki, Avropa İttifaqı bundan sonra da Venesueladakı demokratik gücləri dəstəkləməlidir və Xuan Quaydonu Venesuelanın qanuni nümayəndəsi kimi tanımalıdır» - Çaranazova bəyan edib. Xatırladaq ki, Quaydonun özü və tərəfdarları indi özlərini «direktorlr şurası», «qanuni Milli Məclis» adlandırır ki, bu da belə «siyasi müxalifətin» fəaliyyətinə daha artıq absurdluq və komiklik verir. Bu zaman həmin siyasi teatr ABŞ-ın şəxsində başlıca himayədarının da dəstəyini itirir. Üstəlik də Quaydonun başlıca yüksək məqamlı himayədarı Mayk Pompeo iki həftəyə dövlət katibi postunu tərk edəcək. Xatırladaq ki, Venesuela parlamentinin yeni tərkibi öz fəaliyyətinə yanvarın 5-də başlayıb. Rusiya XİN isə bəyan edib ki, Moskva Venesuelanın yeni parlamenti ilə əməkdaşlıq etmək niyyətindədir. Geri qayıt |