Əsas Səhifə > Gündəm > Azərbaycanda Daha Bir Orta Məktəbdə Şagirdlər Təhlükə Ilə Üz-Üzədir – SƏS YAZISI

Azərbaycanda Daha Bir Orta Məktəbdə Şagirdlər Təhlükə Ilə Üz-Üzədir – SƏS YAZISI


13-04-2019, 23:52

 Bir neçə görüşdən sonra onun əqli qüsurunun olduğunu hiss etdim və məni bir daha narahat etməməsini xahiş etdim”.
Şəffaflıq.az bildirir ki, Orman.Az-a müraciət edən Bakı sakini Fərid Orucov Şəki rayonu Ə.Q.İsaxanov adına Quşçu kənd tam orta məktəbdə ibtidai sinif müəllimi işləyən Nağıyeva Təravət Rizvan qızının onun həyatını cəhənnəmə döndərdiyini deyib.
162 saylı məktəbin şagirdi Elina Hacıyevanın intiharından sonra orta təhsil müəssisələrində hökm sürən vəziyyətlə bağlı müzakirələrin səngimədiyi bir vaxtda daha bir pedaqoqla bağlı qalmaqal yetişib.
Redaksiyamıza üz tutan Bakı sakini Fərid Orucov bir müddət əvvəl tanış olduğu, daha sonra isə aşağıda qeyd etdiyi səbəbə görə münasibətlərinə son qoyduğu Şəki rayonu Ə.Q.İsaxanov adına Quşçu kənd tam orta məktəbinin ibtidai sinif müəllimi Təravət Nağıyevanın ona qarşı anormal davranışlarının artıq dözülməz həddə çatdığını bildirib.
Şikayətçinin sözlərinə görə, bu barədə adıçəkilən məktəbin direktoru Mirzəyev Sabir Mücərrəf oğluna dəfələrlə məlumat versə də, o, görməzdən gələrək, xanım müəllimi himayə edir:
“Təravət adlı müəllimə ilə bizim tanışlığımız 2008-ci ildə sosial şəbəkələrdən birində oldu. Əvvəlcə onun psixoloji sağlam biri olduğunu düşünürdüm. Bir neçə görüşdən sonra onun əqli qüsurunun olduğunu hiss etdim və məni bir daha narahat etməməsini xahiş etdim. Buna baxmayaraq, o, məndən əl çəkmədi, bununla kifayətlənməyərək ailə üzvlərimi, dostlarımı zəngləri ilə bezdirməyə başladı. İlk tanışlığımızdan 11 il keçməsinə, onunla münasibətlərimə hələ o vaxtdan son qoymağıma baxmayaraq məni və ətrafımı bu gün də narahat edir”.
Fərid onu narahat edən Təravət Nağıyevanın əməllərindən rəsmi qaydada polisə dəfələrlə müraciət etsə də, heç bir ciddi nəticə əldə edilməyib:
“İlk vaxtlarda dayanmadan, gecə-gündüz məni və yaxınlarımı telefon zəngləri ilə bezdirirdi. Dəstəyi hər dəfə qaldırdığımda sizə təqdim etdiyim səs yazısında da olduğu kimi, insan məntiqinə sığmayan söhbətlər edirdi. Ona bu əməlindən əl çəkməsi, ailə üzvlərinə isə qızlarını müalicə etdirmələri üçün dəfələrlə xəbərdarlıq etmişəm. Atası da qızının ciddi psixoloji problemlərinin olmasından xəbərdardır. Hətta bir dəfə atası onunla həkimə aparacağı barədə söhbət etdikdə, Təravət evdən qaçıb, atası da bu barədə polisə müraciət edib”.
Fərid Orucov deyir ki, onu narahat edən digər məqam belə psixi problemi olan şəxsin orta məktəb şagirdlərinə dərs deməsidir:
“Bu xanım səs yazısından da bəlli olduğu kimi, öz yumurtalığının başqa birinə köçürüldüyünü və həmin “köçürülmənin” həyata keçirildiyi qadının övladının ona məxsus olduğunu düşünür. Məni narahat edən məsələlərdən biri də odur ki, dərs dediyi şagirdlərdən bir və ya bir neçəsini gələcəkdə öz övladı sanar və hər hansı düşünülməmiş addım atar.
Bütün bunları düşünüb Təravət Nağıyevanın 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasında müalicə aldığı barədə məktəbin direktoru Mirzəyev Sabir Mücərrəf oğluna və Təhsil Nazirliyinə müraciət etsəm də, direktor xanım müəllimi qorumağı üstün tutdu, Nazirlik isə müraciətimə təəssüf ki, heç bir cavab vermədi.

Bir faktı da qeyd etmək istəyirəm ki, Nağıyeva Təravətin ailə üzvlərimin və mənim adıma müxtəlif sosial şəbəkələrdə saxta hesablar açması barədə polis idarələrində dəfələrlə ərizələr yazsam da, heç bir nəticə yoxdur. Çünki polis əməkdaşları onun hər dəfə izahatını alıb, sərbəst buraxırlar. Ailə üzvləri isə onunla bacarmır, müalicəyə razı sala bilmirlər”.


Geri qayıt