Əsas Səhifə > Gündəm / Dünya > Braziliyada son sutkada 62,3 minədək insanda koronavirus aşkar olunub

Braziliyada son sutkada 62,3 minədək insanda koronavirus aşkar olunub


10-01-2021, 09:52

 

Braziliyada son sutka ərzində daha 62 290 nəfərin koronavirus infeksiyasına yoluxması, 1171 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

Şəffaflıq.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 8 075 998 nəfər yoluxub. Bu müddət ərzində 202 631 koronaviruslu xəstə dünyasını dəyişib.

Həmçinin bu günədək 7 144 011 xəstə müalicə olunaraq sağalıb.

Geri qayıt