Əsas Səhifə > ELM VƏ TƏHSİL > Şamaxı rayonunda “Xəmsə” Milli İntelektual Oyunu üzrə gənclər arasında XI Azərbaycan çempionatının Zona mərhələsi keçirilib.-FOTO
Şamaxı rayonunda “Xəmsə” Milli İntelektual Oyunu üzrə gənclər arasında XI Azərbaycan çempionatının Zona mərhələsi keçirilib.-FOTO13-04-2019, 23:43 |
![]() ![]() Şəffaflıq.az bildirir ki, Yarışın açılışında çıxış edən Şamaxı rayon Gənclər və İdman idarəsinin rəisi Şahmar Hüseynov “2015-2025-ci illərdə Azərbaycan Gənclərinə inkişaf strategiyası” nın icrası istiqamətində rayonda görülmüş işlərdən və həyata keçirilən tədbirlərdən danışdı, iştirakçılara uğurlar arzuladı. Zona mərhələsində Respublikanın Şirvan zonasını əhatə edən Şamaxı, Qobustan, İsmayıllı, Ağsu, Ucar, Kürdəmir , Göyçay, Ağdaş və Zərdab rayonlarının ümumlikdə 9 rayon iştirak edib. Yarışda qalib gələn komandalar Şamaxı rayon Gənclər və İdman İdarəsinin müafiq diplomları ilə təltif olunublar. Zona birinciliyində I və II yerləri tutmuş komandalar 2019 – cu ilin may ayında keçiriləcək “Xəmsə” milli intelektual oyunu üzrə XI Azərbaycan çempionatının final məhələsində iştirak etmək hüququ qazandı. I yer Göyçay rayonu II yer Ucar rayonu III yer Ağdaş rayonu ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() Vahid İsmayılov Şəffaflıq.az Geri qayıt |