Əsas Səhifə > RƏSMİ XƏBƏR > Baş nazirdən dövlət büdcəsi ilə bağlı SƏRƏNCAM
Baş nazirdən dövlət büdcəsi ilə bağlı SƏRƏNCAM9-01-2021, 23:38 |
Baş nazir Əli Əsədov “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1241 nömrəli Fərmanının icrasının təmin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi və digər aidiyyəti dövlət orqanlar “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş dövlət büdcəsinin gəlirləri üzrə göstəricilərin yerinə yetirilməsi üçün müvafiq tədbirlər görməlidirlər. Şəffaflıq.az Geri qayıt |