Əsas Səhifə > Gündəm / Dünya > Gürcüstanda koronavirusa yoluxanların sayı 2058 nəfər artıb

Gürcüstanda koronavirusa yoluxanların sayı 2058 nəfər artıb


9-01-2021, 16:37

 

Gürcüstanda ötən sutkada daha 2 058 nəfərdə koronavirus infeksiyası aşkarlanıb, 529 nəfər sağalıb, 22 pasiyent isə ölüb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Qonşu ölkədə COVID-19-a yoluxanların ümumi sayı 238 086 nəfər təşkil edir. Onların 224 718-i sağalıb, 2 750-si isə vəfat edib.

Hazırda karantində 512, stasionar nəzarətdə 3 867 nəfər saxlanılır. 754 nəfər isə xüsusi otellərdə müalicə olunur.

Geri qayıt