Əsas Səhifə > Gündəm / Maraqlı > AMEA-da birinci vitse-prezident vəzifələri ləğv olunaraq yalnız bir vitse-prezident vəzifəsi təsis olunub
AMEA-da birinci vitse-prezident vəzifələri ləğv olunaraq yalnız bir vitse-prezident vəzifəsi təsis olunub9-01-2021, 13:46 |
AMEA Rəyasət Heyətinin, o cümlədən elmi müəssisə və təşkilatlarının idarəetməsinin optimallaşdırılması üzrə müvafiq qərarlar qəbul olunub. Şəffaflıq.az xəbər verir ki, bu barədə yanvarın 8-də Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin iclasında qərar qəbul edilib. Belə ki, institutlarda baş direktor və icraçı direktor, böyük və xüsusi məqsədli avadanlıqların mövcud olduğu müəssisələrdə baş mühəndis vəzifələrinin təsisi, eləcə də əldə olunan innovativ potensiallı elmi nəticələrin sosial fəaliyyət sahələrində və istehsalatda çevik tətbiqinə nail olmaq üçün elmi müəssisələrin ştat cədvəlinə tətbiq üzrə menecer ştatlarının daxil edilməsi qərara alınıb. İclasda AMEA Rəyasət Heyətinin tərkibinin formalaşdırılması istiqamətində birinci vitse-prezident vəzifələri ləğv olunaraq yalnız bir vitse-prezident vəzifəsi təsis olunub. Akademik Dilqəm Tağıyev AMEA-nın birinci vitse-prezidenti, akademiklər - İsa Həbibbəyli və İbrahim Quliyev isə AMEA-nın vitse-prezidentləri seçiliblər. Eyni zamanda akademik Vaqif Fərzəliyev AMEA-nın Kimya Elmləri Bölməsinin Elmi Şurasının sədri seçilib. Geri qayıt |