Əsas Səhifə > Gündəm / Maraqlı > İsa Həbibbəyli vəzifəsindən azad olundu

İsa Həbibbəyli vəzifəsindən azad olundu


9-01-2021, 10:01

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin tərkibinin formalaşdırılması istiqamətində birinci vitse-prezident vəzifələri ləğv olunub.

Şəffaflıq.az xəbər verir ki, bu barədə AMEA-nın yanvarın 8-də keçirilən iclasında qərar qəbul edilib.

Qərara uyğun olaraq yalnız bir birinci vitse-prezident vəzifəsi təsis olunub.

Belə ki, akademiklər İsa Həbibbəyli və İbrahim Quliyev AMEA-nın birinci vitse-prezidenti vəzifəsindən azad edilib. Onlar AMEA-nın vitse-prezidenti vəzifəsinə seçiliblər.

AMEA-nın birinci vitse-prezidenti vəzifəsinə isə akademik Dilqəm Tağıyev seçilib.

D.Tağıyev daha əvvəl AMEA-nın vitse prezidenti vəzifəsini icra edib.

Beləliklə, AMEA-da yalnız bir birinci vitse-prezidenti vəzifəsi yaradılıb və vitse-prezidentlərin sayı artırılıb.

Hazırda AMEA-nın vitse-prezidentləri aşağıdakılardır:

- Akademik İsa Həbibbəyli

- Akademik İbrahim Quliyev

- Akademik Nərgiz Paşayeva

- Akademik Tofiq Nağıyev,

- Akademik İradə Hüseynova

- Akademik Rasim Əliquliyev

Geri qayıt