Əsas Səhifə > Dünya > Rusiya və Çin təyyarələri Sakit okeanda təxribata hazırlaşır
Rusiya və Çin təyyarələri Sakit okeanda təxribata hazırlaşır8-01-2021, 23:04 |
Rusiyanın və Çinin qırıcı təyyarələrinin Sakit okean səmalarında görünməsi Yaponiyanı çox narahat edir.Uzaq Şərq ölkəsinin mətbuatı məsələyə çox həssas yanaşır. Rusiya və Çin təyyarələrinin döyüşlərə hazırlıq ovqatında olması yazılır. Şəffaflıq.az xəbər verir ki, “Yahoo News Japan” Sakit okeanda baş verənlərlə bağlı geniş yazı hazırlayıb. Yaponiya Strateji Tədqiqatlar İnstitunun mövqeyi ortaya qoyulub. İnstitut düşünür ki, orada indi bölgənin taleyi həll olunur. Rusiya və Çin təyyarələri Sakit okean səmalarında dekabrın 22-dən görünməyə başlayıb. Qırıcılar bu marşrut üzrə hərəkət edirlər: Yapon dənizi-Tsuşima boğazı-Şərqi Çin dənizi-Miyako boğazı. Yaponlar hesab edir ki, ortada bir neçə məqsəd var. Birincisi, güc nümayişi. İkincisi, Çinlə Rusiyanın müttəfiq olduğunu göstərmək istəyi. Üçüncüsü, mümkün qarşıdurmaya hazırlıq. Rusiya və Çin qırıcıları əvvəlcə Yaponiya ilə Cənubi Koreyanın arasında uçub. Bundan sonra Yaponiya ilə Çini ayıran Senkaku adasına tərəf yön alıblar. Kommunist ölkəsi sanki yaponları qıcıqlandırmaq istəyir. Çünki buralarda mübahisəli ərazilər çoxdur. Rusiya və Çin hərbi hava qüvvələri belə müştərək addımı 2019-cu ilin iyulunda da atmışdı. Onda yaponlar bu qədər narahat olmamışdı. Çünki indi Çin daha aqressiv təsir bağışlayır. Rusiya qırıcıları geriyə məhz qeyd olunan marşrut üzrə qayıdıb. Çinlilər isə Tsuşima boğazında çox dövrə vurublar. Yaponlar həm də bu fikirdədir ki, Rusiya ilə sıx əməkdaşlıq edən Çin imitasiya ilə məşğuldur. Birincisi, lazım gələrsə, Tayvanı hədəfə ala biləcəyini göstərir. Hərçənd, yaponlar Rusiyanın belə münaqişəyə başını soxmaq fikrindən uzaq olduğunu fikirləşir. İkincisi, Çin Quamdakı ABŞ bazalarını hədəf seçmək imkanı olduğunu ortaya qoyur. Burada da Rusiyanın ciddi iddiada olması şübhə doğurur. Yəni toqquşma oyunlarını daha çox Çin oynayır. Yaponiya bütün hallarda bu davranışa ciddi yanaşmağın tərəfdarıdır. Geri qayıt |