Əsas Səhifə > Gündəm / Dünya > Britaniyada xəstəxanalar “çöküb”: Koronavirus xəstələrindən başqası qəbul edilmir
Britaniyada xəstəxanalar “çöküb”: Koronavirus xəstələrindən başqası qəbul edilmir8-01-2021, 20:08 |
Britaniyada koronavirus xəstələri ilə dolan tibb müəssisələri başqa xəstələrin qəbulundan imtina edir. Şəffaflıq.az bildirir ki, bu barədə RT xəbər yayıb. Bildirilir ki, xəstəxanalarda palatalar təcili olaraq reanimasiya üçün yenidən təchiz edilib. “Burada COVID-19-dan ölməkdə olan 40, 30 və bəzən hətta 20 yaşlı insanlar var. O qədər koronovirus xəstəsi oldu ki, hətta onkoloji əməliyyatları ləğv etmək məcburiyyətində qaldıq”, - deyə Londonda müqəddəs Georgi Xəstəxanasının baş həkimi deyir. Yeri gəlmişkən, qeyd edək ki, London meri xəstəxanaların dolması ilə əlaqədar şəhərdə fövqəladə vəziyyət elan edib. Geri qayıt |