Əsas Səhifə > Gündəm > Azərbaycanda daha 24 nəfər koronavirusdan öldü: 532 yeni yoluxma
Azərbaycanda daha 24 nəfər koronavirusdan öldü: 532 yeni yoluxma8-01-2021, 20:01 |
Azərbaycanda koronavirusa (COVID-19) 532 yeni yoluxma faktı qeydə alınıb, 1879 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, 24 nəfər COVID-19-dan vəfat edib. Aktiv xəstə sayı 15 142 nəfərə çatıb. Ölkədə son sutka ərzində 8 383, hazırkı dövrədək isə 2 250 291 test aparılıb. Ümumi ölənlərin sayı 2 869 nəfərdir. Ümumi yoluxanların sayı 223 417 nəfər, ümumi sağalanların sayı 205 406 nəfərdir. Şəffaflıq.az Geri qayıt |