Əsas Səhifə > Dünya / Maraqlı > Maliyyə çətinliyi ilə üzləşən “Arsenal” bankdan kredit götürüb

Maliyyə çətinliyi ilə üzləşən “Arsenal” bankdan kredit götürüb


8-01-2021, 09:46

 

İngiltərənin “Arsenal” klubu koronavirus pandemiyası ilə əlaqədar maliyyə çətinliyi ilə üzləşib və rəhbərlik bankdan kredit götürmək barədə qərar qəbul edib.

Xəbər klubun rəsmi saytında (arsenal.com) dərc edilib.

Belə ki, “Topçular” İngiltərə Bankından 120 milyon funt sterlinq məbləğində qısa müddətli kredit götürüb.

Xatırladaq ki, 2020-ci ilin iyun ayında İngiltərəni təmsil edən digər Premyer Liqa klubu “Tottenhem” də 175 milyonluq kredit götürmüşdü.


Şəffaflıq.az
Geri qayıt