Əsas Səhifə > Dünya > ABŞ hakimiyyəti yanvarın 6-sı paytaxt Vaşinqtonda baş verən iğtişaşlarla əlaqədar 55 nəfərə qarşı ittihamlar irəli sürüb.
ABŞ hakimiyyəti yanvarın 6-sı paytaxt Vaşinqtonda baş verən iğtişaşlarla əlaqədar 55 nəfərə qarşı ittihamlar irəli sürüb.8-01-2021, 08:56 |
ABŞ hakimiyyəti yanvarın 6-sı paytaxt Vaşinqtonda baş verən iğtişaşlarla əlaqədar 55 nəfərə qarşı ittihamlar irəli sürüb. Şəffaflıq.az xəbər verir ki, bu barədə Vaşinqtonun Kolumbiya dairəsinin prokuroru vəzifəsini icra edən Maykl Şervinə istinadən "Bloomberg" agentliyi xəbər verir. Agentliyin məlumatına əsasən, şübhəlilərin əksəriyyəti icazəsiz giriş və basqında günahlandırılır, lakin ittiham edilənlər arasında Kapitolda avtomatik tüfəng və 11 "Molotov" kokteyli ilə saxlanılan bir nəfər də var. M.Şervin qeyd edib ki, gələcəkdə digər ittihamlar da irəli sürüləcək: "Bu, yaxşı bir başlanğıcdır, lakin heç bir şəkildə son deyil". Geri qayıt |