Əsas Səhifə > SAĞLAMLIQ / Dünya > Aİ-də “Moderna”nın peyvəndindən istifadə olunacaq
Aİ-də “Moderna”nın peyvəndindən istifadə olunacaq6-01-2021, 23:29 |
Avropa Dərman Agentliyi (EMA) ABŞ-ın “Moderna” şirkəti tərəfindən istehsal olunan koronavirusa qarşı peyvənd üçün müvəqqəti qeydiyyat icazəsi verilməsini tövsiyə edib. Şəffaflıq.az TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa tənzimləyicisinin bu gün yaydığı bəyanatda deyilir. “Bu, EMA tərəfindən təsdiqlənmiş ikinci peyvənddir. O, 18 yaşdan yuxarı insanlar üçün tövsiyə olunur”, - sənəddə deyilir. Xatırladaq ki, dekbarın 18-də ABŞ-ın Ərzaq və Dərman Administrasiyası (FDA) “Moderna” şirkətinin yeni növ koronavirusa qarşı peyvəndinin qeydiyyata alınması ilə bağlı müraciətini təsdiqləyib. Geri qayıt |