Əsas Səhifə > SOSİAL MÜDAFİƏ / Cəmiyyət > Şamaxı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayondakı Texniki liseydə “Narkomaniya ümumbəşəri bəladır” mövzusunda maarifləndirmə tədbiri keçirilib
Şamaxı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayondakı Texniki liseydə “Narkomaniya ümumbəşəri bəladır” mövzusunda maarifləndirmə tədbiri keçirilib11-04-2019, 02:08 |
DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Şamaxı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayondakı Texniki liseydə “Narkomaniya ümumbəşəri bəladır” mövzusunda maarifləndirmə tədbiri keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin, Təhsil şöbəsinin nümayəndələri, liseyin şagird və müəllim kollektivi iştirak edib. Çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Şahin Mirzəyev cəmiyyətin ciddi bəlasına çevrilən, mənəvi və əxlaqi dəyərlərə zərbə vuran narkomaniyanın yaratdığı problemlərdən və fəsadlardan danışıb, insan sağlamlığına və psixologiyasına vurduğu zərər barəsində ətraflı məlumat verib. O, narkomaniyanın qarşısının alınması ilə bağlı ölkəmizdə qətiyyətli mübarizə tədbirlərinin keçirildiyini qeyd edib. Tədbirin sonunda lisey şagirdlərini maraqlandıran suallar cavablandırılıb. Şəffaflıq.az Geri qayıt |