Əsas Səhifə > SOSİAL MÜDAFİƏ > ƏƏSMN rəsmisi: “110 manat ünvanlı sosial yardım” ifadəsi absurddur”

ƏƏSMN rəsmisi: “110 manat ünvanlı sosial yardım” ifadəsi absurddur”


5-01-2021, 23:05

 

Son günlər sosial şəbəkələrdə guya işsiz şəxslərə “110 manat ünvanlı yardım” almaq üçün “yol göstərən”, əslində onlarda yanlış təsəvvür, çaşqınlıq yaradan videolar paylaşılıb.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıbov “Facebook”da status yazıb.

O, statusunda bildirib:

“Əvvəla, aztəminatlı ailələrə ünvanlı yardım ailənin ümumi ehtiyac meyarı ilə orta aylıq gəliri arasındakı fərq qədər təyin olunur. Həmin fərq kimi, ailələrə təyin olunan ünvanlı yardımlar da müxtəlif məbləğlərdə ola bilər. Ona görə bu videolarda “110 manat ünvanlı sosial yardımı” ifadəsi absurddur.

Bu, eləcə də birdəfəlik ödəmə, ünvanlı sosial yardım almaqdan ötrü müraciət olunması ilə bağlı videolardakı əsassız “məsləhətlər”, təqdim edilən səhv müraciət prosedurları müəllifin uydurmasıdır.

Sosial şəbəkə istifadəçilərinə bu kimi yanlış məlumatlara inanmamağı tövsiyə edirik. Vətəndaşlarda çaşqınlıq yaradan belə yalan videoməlumatlar və müəllifləri ilə bağlı hüquq mühafizə orqanlarına müraciət ediləcək”.


Şəffaflıq.az
Geri qayıt