Əsas Səhifə > Gündəm / Dünya > Türkiyədə koronavirusu 10 saniyəyə müəyyən edən cihaz hazırlanıb

Türkiyədə koronavirusu 10 saniyəyə müəyyən edən cihaz hazırlanıb


5-01-2021, 00:05

 

Türkiyəli alimlər qabaqcıl optik texnologiyadan istifadə edərək cəmi 10 saniyədə koronavirus infeksiyasını müəyyən edən cihaz hazırlayıblar.  

Şəffaflıq.az xəbər verir ki, bu barədə cihazın hazırlandığı Bilkent Universitetinin rəsmi veb-saytında məlumat verilib.

“Bu cihazla ağız suyundan götürülən nümunədə ən geci 10 saniyə ərzində COVID-19 infeksiyasına səbəb olan virusu aşkar etmək olar”, - deyə açıqlamada qeyd olunub.

Cihaza "Diagnovir" adı verilib.

Cihaz aparılan pre-klinik tədqiqatlarda virusların aşkarlanmasında 99% effektivlik göstərib.

“Diagnovir”in kütləvi istehsalına başlayacağı planlaşdırılır.

Geri qayıt