Əsas Səhifə > Gündəm / SOSİAL MÜDAFİƏ > "Deyirlər ki, Sahil Babayevin haqqı çatmalıdır” – KÜRDƏMİR SAKİNLƏRİNDƏN ŞOK MÜRACİƏT

"Deyirlər ki, Sahil Babayevin haqqı çatmalıdır” – KÜRDƏMİR SAKİNLƏRİNDƏN ŞOK MÜRACİƏT


10-04-2019, 20:45
 Şəffaflıq.az bildirir ki, Kürdəmir rayonunun bir qrup sakini tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Qəzetimiz vasitəsilə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevə müraciət edən şikayətçilər yazır:
“Hörmətli Sahil Babayev!
Müraciəti olduğu kimi.......!
Siz demək olar ki, bütün günü efirlərdə aparılan sosial islahatlardan, görülən işlərdən ağız dolusu bəhs edirsiniz. Yaxşı, indi gəlin baxın, Kürdəmirdə vəziyyət necədir? Kürdəmirdə, necə deyərlər, hər kəs keçmiş nazir Səlim Müslümovun "ölənlərinə rəhmət oxuyur". Bu gün hər bir Kürdəmir sakini siz Sahil Babayevdən narazıdır. Biz sakinlər bilmirik ki, bu narazılığın mənbəyi sizsiniz, yoxsa DSMF-nin Kürdəmir rayon şöbəsindəki kadrlarınız? Sözü uzatmadan konkret olaraq mətləbə keçirik.
Biz Kürdəmir sakinlərinin konkret olaraq şikayəti DSMF-nin Kürdəmir rayon şöbəsinin Sosial yardım və sosial müavinətlər sektorunun müdiri Hidayətov Hamil Ədalət oğlu və həmin sektorun məsləhətçisi Mürsəlov Ramin Məmməd oğlundandır. Bildiyimiz kimi, sosial yardım və sosial yardımın təyinatı bu iki şəxsin əlində cəmləşib. Hər gün xeyli vətəndaş sosial müavinətin təyin (uşağın anadan olmasına görə verilən birdəfəlik müavinət, dəfn üçün müavinət, penitensiar müəssisələrdə çəzaçəkmədən azad olunan şəxslər verilən müavinət və s.) olunması üçün Hidayətov Hamil və Mürsəlov Raminin yanına üz tuturlar. Uşağın anadan olmasına görə verilən müavinətin (süd pulu) təyin olunması üçün bu iki şəxs - H.Hamil və M.Ramin - hər bir vətəndaşdan 10-15 manat, cəzaçəkmə müəssisələrindən azad olunan şəxslərə müavinətin təyin olunamsı üçün isə 40-50 manat rüşvət tələb edirlər. Və bu insanlara etirazını bildirdikdə isə deyirlər ki, bəs bizim "idarənin qarşısına tapşırıq qoyurlar", "Sahil Babayevin, nazirlikdəki digər vəzifəli şəxslərin haqqı çatmalıdır”, “bizim ailəmiz, uşağımız var", “biz özümüz də dolanmalıyıq" kimi ifadələrlə vətəndaşlara cavab verirlər.
Bu sosial müavinət sahəsində olan korrupsiya faktları idi. İndi gəlin keçək ünvanlı sosial yardıma.
Ünvanlı Dövlət Sosial Yardımı (ÜDSY) üçün müraciət prosedurları elektronlaşsa da, Kürdəmirdə hələ də bu “yardım” rüşvətlə başa gəlir. Belə ki, aztəminatlı ailənin təmsilçisi bir qədər pulundan keçib, lazımi sənədləri almaq, özünün təmsilçilik hüququnu rəsmiləşdirmək üçün sənədlərin dövlət rüsumlarını ödəməlidir. Ardınca vətəndaş özü haqqında məlumatları VEMTAS-a daxil edir. Bu, hələ hamısı deyil!
Əgər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu işlərə məsul nümayəndələri müraciətçinin sənədlərində elektron olaraq, bir problem tapıb, “VEMTAS” sistemi ilə imtina sms-i göndərməsələr, işin yarısını alınmış saymaq olar. Daha sonra vətəndaşın qeydiyyatda olduğu rayon üzrə Dövlət Sosial Müdafiə Mərkəzinin əməkdaşları Hidayətov Hamil və ya Mürsəlov Ramin vətəndaşın evinə, yaşayışına baxış keçirib, müayinə aktı imzalayırlar. Və yenidən yardım üçün rüşvət mexanizmi işə düşür. Bu rüşvət mexanizmi necə işə düşür? Gəlin bunu sizə izah edim: Vətəndəş öz gəlirləri barədə məlumatları VEMTAS-a daxil edəndə, məsələn, tutaq ki, VEMTAS-a bir baş inək, 5 baş qoyun, 12 sot həyətyanı torpaq sahəsi daxil edir. Bu vətəndaşın maddi-məişət şəraitini Hidayətov Hamil və ya Mürsəlov Ramin yoxlayarkən aşkar edir ki, vətəndaşın bir baş inəyi yox 5 baş inəyi var, beş baş qoyunu 10 baş qoyunu var, 12 sot həyətyanı torpaq sahəsi yox, 50 sot həyətyanı torpaq sahəsi var. Hə, bax burda rüşvət mexanizmi işə düşür. Bunlar vətəndaşa bildirir ki, mən aşkar etdiklərimi olduğu kimi müayinə aktına qeyd etsəm, sənə avtomatik imtina veriləck və sən bir il sosial yardıma müracət hüququndan məhrum ediləcəksən. Və nəticədə vətəndaşdan 1000-1500 manat rüşvət tələb edirlər.
Biz aşağıda adları qeyd olunan Kürdəmir rayon sakinlərinin tələbi nazirlik, Baş prokurorluq, Prezident Admnistrasiyası olaraq Sizdən tələbimiz Hidayətov Hamil Ədalət oğlunun və Mürsəlov Ramin Məmməd oğlunun yuxarıda qeyd etdiyimiz korrupsiya faktlarına görə dərhal tutduqları vəzifələrindən azad edilməsi və barələrində hüquqi araşdırma aparılmasıdır:
1. Həsənov Şamil Qərib oğlu
2. Atakişiyev Fərhad Osman oğlu
3. Qurbanov Əli Həsrət oğlu
4. Məmmədzadə Ağayar Eldar oğlu
5. Səmədov Ağa Telman oğlu
6. Kərimov Elimdar Seyid oğlu
7. Seyidova Gülşən Tapdıq qızı
8. Abdullayev Şahbaz Abdulla oğlu
9. İbrahimov Dəmir Qəşəm oğlu
10. Səfərova Aygül Bayram qızı
11. Osmanov Dünyamalı Ramazan oğlu
12.AĞAMALIYEVA KÖNÜL ƏLİYASIN QIZI
13. Məlikov Əzizağa Əli oğlu
14. İbrahimov İsrayıl Akif oğlu
15.VƏLİXANOVA FƏNARƏ ZİYA QIZI
16. Məmmədov Qabil Əliş oğlu
17. Nuhiyev Vüsal Ramazan oğlu
18. Havıyev Taleh Qulam oğlu
19. Babayev Ələddin Faiq oğlu
20. Qəniyev Mehman Əlbaba oğlu
21. Xəlilov Fəqan Malik oğlu
22. Qasımova Fənarə Əlisa qızı
23. Cümşüdov Cavanşir Bəhram oğlu
24. Abdulhəmidov Əhəd Babakişi oğlu
25. Məmmədov Emin Rəşad oğlu
26. İdrisov Ramiz Söhrab oğlu
27. Əkbərova Aynurə Soltan qızı
28. Ağayev Telman Əlövsət oğlu
29. Şirinov Samir Mahir oğlu
30. Əskərov Asif İlyas oğlu
31. Mamudov İlkin Kərim oğlu
32. Heybətov Akif Səfər oğlu
33. Rəhimov Nurəddin Sabahəddin oğlu
34.İbişov Rəşad Rasim oğlu
35. Zeynalova Səbinə İbad qızı
36. Vəkilov Sabir Əliyar oğlu
37. Mehdiyev Səftər Zeynal oğlu
38. Qədirov Sadiq Dəmir oğlu
39. Bağırov Zamiq Zaman oğlu
40. Əlizadə İlham Vaqif oğlu
41. Umudov Tural Mətləb oğlu
42. Əliyev Həmid Polad oğlu
43. Xələfov Bağır Qoxmaz oğlu
44. Mikayılov Fərhad Saleh oğlu
45. Həbibova Rəqsanə Həbib qızı
46. Azayeva Xəyalə Mütəllim qızı
47. Mehdiyev Həsən Əliş oğlu
48. Həşimov Əizi Tehran oğlu
49. Novruzlu Samir Mustafa oğlu
50. Əhmədov Nemət Firuz oğlu
51. Şərifov Ceyhun Misir oğlu
Yuxarıda adları qeyd edilən vətəndaşların əlavə olaraq, biz adlarımızın açıqlanmasını istəməyən DSMF-nin Kürdəmir rayon şöbəsinin Mühasibat uçotu sektoru, Pensiya Təyinarı sektoru və sosial sığorta sektorunun əməkdaşları olaraq təsdiq edirik ki, sosial yardım sosial müavinətlər sektorunun müdiri Hidayətov Hamil Ədalət oğlu və həmin sektorun məsləhətçisi Mürsəlov Ramin Məmməd oğlu vətəndaşlardan rüşvət almaqla məşğuldurlar və bu faktı bir daha təsdiq edirik”.
Redaksiyadan: Mövzunu davam etdirəcəyik. Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.
Hurriyyet.org
Redaksiyadan: Mövzunu davam etdirəcəyik. Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.
Geri qayıt