Əsas Səhifə > SAĞLAMLIQ / Gündəm > Bu gün Azərbaycanda 334 yeni yoluxma faktı qeydə alındı
Bu gün Azərbaycanda 334 yeni yoluxma faktı qeydə alındı4-01-2021, 20:58 |
Azərbaycanda bu gün koronavirus infeksiyasına 334 yeni yoluxma faktı qeydə alınıb, 1 891 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Şəffaflıq.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Son sutkada 28 nəfər “COVID-19”dan vəfat edib. İndiyədək ölkədə ümumilikdə 220 599 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 196 734 nəfər müalicə olunaraq sağalıb, 2 761 nəfər vəfat edib, aktiv xəstə sayı 21 104 olub. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 768, bu günə qədər isə ümumilikdə 2 214 194 test icra olunub. P.S. Əvvəllər aparılmış gündəlik 15000-20000 test sınaqlarının sayını 3000-5000 etməklə respublikamızda koronavirusa yoluxmanın sayının olduqca az göstərilməsi arxayınçılığa səbəb ola və sonradan pis nəticələr verə bilər. Geri qayıt |