Əsas Səhifə > Gündəm > "Qarabağ Dirçəliş Fondu" yaradılıb və bu fondun Müşahidə Şurasının tərkibi təsdiqlənib
"Qarabağ Dirçəliş Fondu" yaradılıb və bu fondun Müşahidə Şurasının tərkibi təsdiqlənib4-01-2021, 13:42 |
Prezident İlham Əliyev "Qarabağ Dirçəliş Fondunun yaradılması və bu fondun Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" sərəncam imzalayıb.Şəffaflıq.az xəbər verir ki, sərəncama əsasən, Qarabağ Dirçəliş Fondu yaradılıb və bu fondun Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilib: Mikayıl Cabbarov – Azərbaycan Respublikasının iqtisadiyyat naziri Muxtar Babayev – Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Rövşən Rzayev – Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Tural Gəncəliyev – Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Fatma Yıldırım – Azərbaycan Respublikası Milli Məclisinin deputatı Fərhad Bədəlbəyli – Bakı Musiqi Akademiyasının rektoru Ədalət Muradov – Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Kamal Abdulla – Azərbaycan Dillər Universitetinin rektoru Alim Qasımov – Azərbaycan Respublikasının Xalq artisti. Geri qayıt |