Əsas Səhifə > Gündəm / Dünya > Rusiyada bir sutkada 23 mindən çox insan COVID-19-a yoluxub
Rusiyada bir sutkada 23 mindən çox insan COVID-19-a yoluxub4-01-2021, 13:29 |
Rusiyada son bir gündə daha 23 351 nəfərə COVID-19 diaqnozu qoyulub. Şəffaflıq.az xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb. Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 3 260 138 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 482 nəfər artaraq 58 988-ə yüksəlib. Rusiyada indiyədək koronavirusdan 2 640 036 pasiyent sağalıb. Hazırda Rusiyada 561 114 pasiyent koronovirusdan müalicə olunur. Geri qayıt |