Əsas Səhifə > Gündəm / REGİON > Rusiya irimiqyaslı “Qərb-2021” təlimlərini Azərbaycan ordusunun təcrübəsi üzərində qurur
Rusiya irimiqyaslı “Qərb-2021” təlimlərini Azərbaycan ordusunun təcrübəsi üzərində qurur4-01-2021, 11:50 |
Rusiyanın bu il Belarusla birlikdə keçirəcəyi “Qərb-2021” irimiqyaslı hərbi təlimlərinin ssenarisini əsasən Qarabağdakı 44 günlük müharibənin təcrübəsi üzərində quracaq.Şəffaflıq.az Virtualaz.org-a istinadən xəbər verir ki, “Qərb-2021” təlimləri barədə müdafiə naziri Sergey Şoyqu ordu komandanları ilə keçirdiyi selektor müşavirəsində elan edib. “Qərb” təlimləri ənənəvi olaraq Rusiya ordusunun il ərzində keçirdiyi ən irimiqyaslı hərbi manevrlər hesab olunur. “Qərb-2021” təlimlərinin sentyabrda keçirilməsi nəzərdə tutulur. Qərb hərbi dairəsinin mətbuat xidmətindən jurnalistlərə bildiriblər ki, həmin komanda-qərargah təlimlərində xüsusi diqqət pilotsuz uçan aparatlarla və qanadlı raketlərlə mübarizəyə yönəldiləcək. “Təlimlərin gedişində pilotsuz uçan aparatlarla və qanadlı raketlərlə mübarizəyə, şərti düşmənə qarşı atəş zərbəsinə və radioelektron təsirə, bir döyüş əməliyyatları növündən sürətlə digərinə keçməyə və mürəkkəb, dinamik şəraitin yaradılmasına, taktiki hava desantı qüvvələrindən istifadəyə xüsusi diqqət yetiriləcək”,-məlumatda bildirilir. Rusiya Müdafiə Nazirliyinin telekanalı isə nazirlikdəki mənbələrə istinadən qeyd edir ki, Qarabağda bu yaxınlarda başa çatan hərbi münaqişə pilotsuz uçan aparatlara qarşı mübarizə üsullarının işlənib hazırlanmasını zəruri edir. Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi Qarabağ müharibəsinin təcrübəsini nəzərə alaraq döyüş pilotsuz aparatlarının işlənib hazırlanmasını sürətləndirməyi qərara almışdı. Habelə bu günlərdə Rusiya ordusu “Orion” zərbə pilotsuz aparatından ilk dəfə real döyüş şəraitində, Suriyada hədəfə raket və bomba zərbəsi endirib. Məlumata görə “Qərb-2021” təlimlərində habelə əlahiddə bölmələrin əsas qüvvələrdən ayrılaraq şərti düşmənin nəzarətində olan ərazilərin dərinliklərində reydlər keçirməsi də məşq ediləcək. Bunu da Qarabağ müharibəsində Azərbaycan ordusunun taktikasının öyrənilməsi kimi qəbul etmək mümkündür. Çünki Azərbaycan xüsusi təyinatlı qüvvələri ordunun əsas qüvvələrindən onlarla kilometr aralanaraq düşmən nəzarətində olan ərazilərin dərinliklərinə sızırdı, məsələn, həmin qüvvələr Hadrut istiqamətindən dağ, meşə cığırları ilə onlarla kilometr irəliləyərək Şuşanın bir neçə kilometrliyinə çatmışdı. Və bu, düşmən üçün tamamilə gözlənilməz olmuşdu. Xüsusi təyinatlılar Şuşa ətrafında möhkəmlənərək əsas qüvvələrin, o cümlədən artilleriyanın irəli çəkilməsinə şərait yaratdı. Daha sonra Şuşaya həlledici hücuma keçdi. Geri qayıt |