Əsas Səhifə > Dünya > Nensi Pelosi yenidən ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri seçilib

Nensi Pelosi yenidən ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri seçilib


4-01-2021, 08:42

 

Demokrat Nensi Pelosi bazar günü öz işinə başlayan 117-ci çağırış ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri seçilib.

Şəffaflıq.az TASS-a istinadən xəbər verir ki, iclas qanunverici orqanın internet saytında yayımlanıb.

Demokratlar Partiyasının 80 yaşlı təmsilçisi konqresmenlərin əksəriyyətinin dəstəyini qazanıb. O, 55 yaşlı Respublikaçı Kevin Makkartini üstələməyi bacarıb.

Pelosi dördüncü dəfə aşağı palatanın spikeri olub. 80 yaşlı Pelosi bu vəzifəni 116-cı çağırış Konqresdə və 2007-ci ilin yanvarından 2011-ci ilin yanvarına qədər (110-cu və 111-ci çağırışlar) tutub.

ABŞ Demokratlar Partiyası 3 noyabr 2020-ci il tarixində keçirilən ümumseçkilərin sonunda mandatlardan bir hissəsini itirib, ancaq yenə də Nümayəndələr Palatasındakı üstünlüyünü qoruyub.

Geri qayıt