Əsas Səhifə > Cəmiyyət > Dövlət Məşğulluq Agentliyinin 4 əməkdaşı təltif edilib

Dövlət Məşğulluq Agentliyinin 4 əməkdaşı təltif edilib


3-01-2021, 15:10
Prezident İlham Əliyevin sərəncamları ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin 4 əməkdaşı Vətən müharibəsində göstərdiyi igidliyə görə medallarla təltif ediliblər.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Şəffaflıq.az-a verilən məlumata görə, bunlar Agentliyin 6 saylı ərazi məşğulluq mərkəzinin böyük mütəxəssisi Elşən Tağıyev, 16 saylı ərazi məşğulluq mərkəzinin baş mühasibi İbad Əşrəfli, 15 saylı ərazi məşğulluq mərkəzinin baş mütəxəssisi Ziya Zaidov və 21 saylı ərazi məşğulluq mərkəzinin mütəxəssisi İlqar Topçuyevdir.
Elşən Tağıyev 3 medalla – “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib. İbad Əşrəfli, Ziya Zaidov və İlqar Topçuyev isə “Cəbrayılın azad olunmasına görə” medallarına layiq görülüblər.
Qeyd edək ki, Dövlət Məşğulluq Agentliyinin ümumilikdə 19 əməkdaşı 44 günlük Vətən müharibəsinin ilk günlərindən mübarizəyə qoşulub və torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına iştirak edib.
Qəhrəmanlarımızla fəxr edirik!

Geri qayıt