Əsas Səhifə > İqtisadiyyat / Dünya > Dünyanın II ən böyük sərbəst ticarət razılaşması üzrə əməliyyatlar başlayıb
Dünyanın II ən böyük sərbəst ticarət razılaşması üzrə əməliyyatlar başlayıb2-01-2021, 22:00 |
Afrika ölkələri bütün qitəni əhatə edən, dünyanın II ən böyük sərbəst ticarət razılaşması üzrə əməliyyatlara başlayıb. Şəffaflıq.az bu barədə xarici mətbuata istinadən xəbər verir. Məlumata görə, Afrika Qitəsi üzrə Azad Ticarət Zonası (African Continental Free Trade Area - AfCFTA) razılaşması regionun öz dəyər zəncirini yaratmasına imkan verəcək. Dünya Bankının hesablamalarına görə, bu razılaşmanın hesabına 2035-ci ilə qədər on milyonlarla insan yoxsulluqdan qurtula bilər. Onun əhatə etdiyi insanların ümumi sayı isə 1,3 milyard nəfərdir. Sənəd 3,4 trilyon ABŞ dolları dəyərində iqtisadi birləşmə deməkdir və Dünya Ticarət Təşkilatının (WTO) qurulmasından sonra ən böyük sərbəst ticarət zonası yaratmağı hədəfləyir. Eritreyadan başqa bütün qitə ölkələrinin imzaladığı razılaşmanı 34 ölkə artıq təsdiqləyib. AfCFTA ötən il iyulun 1-də qüvvəyə minməli idi. Lakin koronavirus (COVID-19) pandemiyası ilə bağlı təkbətək danışıqlardakı gecikmələr əməliyyatların 6 ay gec başlamasına səbəb olub. Geri qayıt |